...

Azərbaycan və Çin diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edir

Siyasət Materials 2 Aprel 2012 20:27 (UTC +04:00)
Çin və Azərbaycan 2 aprel tarixini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi kimi qeyd edir.
Azərbaycan və Çin diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Hüseynov/

Çin və Azərbaycan 2 aprel tarixini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi kimi qeyd edir. Trend-in məlumatına görə, bu münasibətlə bazar ertəsi Çinin Azərbaycandakı səfirliyində qəbul təşkil edilib.

Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin deyib ki, iki ölkə münasibətləri tam qarşılıqlı etimad xarakteri daşıyır və müxtəlif sahələrdə inkişaf edir.

O qeyd edib ki, tərəflər bir-birini həm müstəqillik, təhlükəsizlik və inkişaf sahələrində, həm də regional və beynəlxalq məsələlərdə dəstəkləyir.

Səfirin sözlərinə görə, Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir və əlaqələrin, əməkdaşlığın qarşılıqlı gücləndirilməsi və fəaliyyətlərin koordinasiya edilməsinə hazırdır.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib ki, 1993-cü ildən etibarən iki ölkənin diplomatik, iqtisadi, humanitar və ticari münasibətləri yüksələn xətt üzrə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyədə qarşılıqlı səfərlər vacib rol oynayıb.

Əsgərovun fikrincə, iki ölkənin münasibətləri yüksək səviyyədədir və Çin və Azərbaycanın maraqlarına cavab verir.

Vitse-spiker Çinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, habelə Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini yüksək qiymətləndirib.

O qeyd edib ki, Çin və Azərbaycan arasında qarşılıqlı dostluq münasibətləri inkişaf üçün yaxşı perspektivə malikdir.

Xəbər lenti

Xəbər lenti