...

Suriya müxalifəti generalları həbs olunmuş türk jurnalistlərə dəyişir

Siyasət Materials 3 Aprel 2012 14:55 (UTC +04:00)
Suriya müxalifəti iki ordu generalını ələ keçirməklə İdlibdə həbs olunmuş iki türkiyəli jurnalistin azad edilməsini tələb edir.
Suriya müxalifəti generalları həbs olunmuş türk jurnalistlərə dəyişir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir A.Tağıyeva/

Suriya müxalifəti iki ordu generalını ələ keçirməklə İdlibdə həbs olunmuş iki türkiyəli jurnalistin azad edilməsini tələb edir. Bu barədə çərşənbə axşamı Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, müxaliflər hakimiyyətə məlumat veriblər ki, generalları türkiyəli jurnalistlər Adəm Özköse və Həmid Coşqun azadlığa çıxdıqdan sonra buraxacaqlar. Onlar Suriyaya hadisələri işıqlandırmaq üçün gəliblər və artıq bir aya yaxındır ölkə hakimiyyəti tərəfindən saxlanılırlar.

Xəbər lenti

Xəbər lenti