...

Moldova Respublikasından Ermənistana silah satışı zamanı pozuntular haqqında məlumat Baş prokurorluğa verilib

Siyasət Materials 6 Aprel 2012 12:06 (UTC +04:00)
Moldova Parlamenti Milli Təhlükəsizlik komissiyasının Latviya firması vasitəsilə MR-dan Ermənistana silah satışı ilə bağlı çoxsaylı pozuntular haqqında bütün materialları Baş prokurorluğa vermək barədə qərar cıxarıb.
Moldova Respublikasından Ermənistana silah satışı zamanı pozuntular haqqında məlumat Baş prokurorluğa verilib

Azərbaycan, Bakı, 6 aprel / Trend /

Moldova Parlamenti Milli Təhlükəsizlik komissiyasının Latviya firması vasitəsilə MR-dan Ermənistana silah satışı ilə bağlı çoxsaylı pozuntular haqqında bütün materialları Baş prokurorluğa vermək barədə qərar cıxarıb. Trend-in məlumatına görə, bu barədə "Novosti-Moldova" xəbər verir.

Komissiyanın nümayəndələri onu da qeyd ediblər ki, bu zaman ölkənin büdcəsinə ziyan dəyməyib.

Deputat İqor Dodon bəyan edib ki, "ölkənin ali baş komandanı və Baş nazirinin silah satışı haqqında sövdələşmə barədə onun imzalanmasından sonra xəbər tutmaları normal hal deyil".

Demokratik partiyadan olan deputat Dumitru Dyakov bəyan edib ki, "məruzəçi bizi onunla sakitləşdirir ki, ölkənin büdcəsinə ziyan dəyməyib. Amma nə üçün dövlətimizin siyasi simasına dəyən ziyandan danışılmır?"

"Azərbaycanlı deputat həmkarlarımız bizdən soruşurlar ki, əgər Azərbaycan Dnestryanıya silah satsaydı, Moldova buna necə reaksiya verərdi", - Dyakov əlavə edib.

Ötən ilin sentyabrında Liviyadan Moldovaya milli orduya məxsus döyüş sursatı partiyasının yükləndiyi İl-76 təyyarəsi ilə yük gəlib. Daha sonra yük Ermənistana aparılıb. Müdafiə naziri Vitalie Marinutsanın sözlərinə görə, silah partiyasının başqa ölkəyə satışı faktının özü tamamilə leqaldır və bütün beynəlxalq tələblərə cavab verir. Onun sözlərinə görə, sövdələşmənin əsas məqsədi "yararlılıq müddəti bitmiş döyüş sursatından və köhnəlmiş hərbi texnikadan xilas olmağa" cəhddir.

"Ölkəmizdə onların məhv edilməsi çox baha başa gəlir, habelə iqtisadi səmərə də hesablanıb. Moldovada onları təkrar utilizasiya edə və seçə bilmərik. Başqa ölkələrdə belə imkan var, çünki onlar hərbi-sənaye kompleksinə malikdirlər", - Marinutsa deyib. Onun fikrincə, "Moldova döyüş sursatının satışından yalnız udub, on milyonlarla ley əldə edib".

Lakin sonra məlum olub ki, yükün təhvil verilməsi zamanı heç bir beynəlxaql müşahidəçi iştirak etməyib. Bundan əlavə, Marinutsa silah partiyasının satışı ilə bağlı yekun qərarı konkret olaraq kimin veridiyinə aydınlıq gətirə bilməyib.

Xəbər lenti

Xəbər lenti