Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir M.Əliyev/
Azərbaycan və Rusiya Qəbələ RLS üzrə bir çox fikir ayrılıqlarının aradan qaldırılmasına nail olub və Rusiya ilə RLS-in icarə müddətinin uzadılmasına dair razılaşma tezliklə əldə olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan RF Federasiya Şurasının rəhbəri Valentina Matviyenko bəyan edib.
"İki ölkənin Müdafiə və Xarici İşlər nazirlikləri arasında artıq danışıqların bir neçə mərhələsi aparılıb. Normal proses gedir. Bir çox fikir ayrılıqları aradan götürülüb. Bəzi məsələlər qalıb ki, onlar yenidən işlənməli və razılaşdırılmış qarşılıqlı sərfəli həll tapılmalıdır. Ona görə də mən hesab edirəm ki, razılaşmaya nail olunacaq", - Matviyenko bazar ertəsi mətbuat konfransında deyib.