...

Ermənistanda seçkiqabağı növbəti atışma olub

Siyasət Materials 9 Aprel 2012 14:53 (UTC +04:00)
Ermənistan Respublika Partiyası parlament seçkiləri öncəsi güc tətbiq edərək rəqiblərini cəzalandırır. Trend-in məlumatına görə, bu barədə "A1+"ə istinadən "Armenia Today" yazır.
Ermənistanda seçkiqabağı növbəti atışma olub

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Ermənistan Respublika Partiyası parlament seçkiləri öncəsi güc tətbiq edərək rəqiblərini cəzalandırır. Trend-in məlumatına görə, bu barədə "A1+"ə istinadən "Armenia Today" yazır.

Məlumata əsasən, bu gün Yerevan vaxtı ilə saat 07:00 radələrində keçmiş məhbus Samson Poqosyan və Respublika Partiyasının deputatı Naapet Qevorkyanın oğlu Artak Qevorkyan 21-ci seçki dairəsindən deputatlığa namizəd Merujan Mxoyanın evinə yollanıblar.

Onlar Mxoyanı evdən çıxardıblar, tərəflər arasında mübahisə yaranıb və nəticədə deputatlığa namizəd bərk döyülüb.

Mxoyan buna cavab olaraq öz komandası ilə birlikdə Samson Poqosyan və Artak Qevorkyanın olduğu Oktemberyan kəndinə gedib. Mxoyan səs-küy salıb, dava düşüb və bu zaman güllə səsləri eşidilib. Atışma nəticəsində bir nəfər yaralanıb. İlkin məlumata görə, Samson Poqosyanın qardaşı güllə yarası alıb.

"A1+"in məlumatına əsasən, bir gün əvvəl Samson Poqosyanın başçılıq etdiyi qrup Armavir Mədəniyyət Evinin arxa həyətində dava salıb. Məhz burada "Çiçəklənən Ermənistan" koalisiya partiyasının kampaniyasında iştirak edən Şəhərsalma Nazirliyinin Armavir müfəttişliyinin rəhbəri Araik Aleksanyan amansızcasına döyülüb.

Samson Poqosyan vaxtından əvvəl işdən azad edilib. O, "Çiçəklənən Ermənistan"ın deputatı Rustam Qasparyana sui-qəsd təşkili ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti