...

Azərbaycanda dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinə ayrılacaq vəsaitin bölüşdürülməsi müəyyən olunub

Siyasət Materials 9 Aprel 2012 17:59 (UTC +04:00)
"Siyasi partiyalar haqqında" Azərbaycanın qanununda siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsinə dəyişikliklər təqdim olunub.
Azərbaycanda dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinə ayrılacaq vəsaitin bölüşdürülməsi müəyyən olunub

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

"Siyasi partiyalar haqqında" Azərbaycanın qanununda siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsinə dəyişikliklər təqdim olunub.

Milli Məclisdən bazar ertəsi Trend-ə bildiriblər ki, qanuna edilən əlavəyə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Parlamentində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.

Qanuna dəyişikliyə görə, siyasi partiyaların bələdiyyə orqanları və onların tabeliyində olan qurumları, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər, hərbi hissələr, ictimai birliklər və fondlar, dini qurumlar, hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsi, o cümlədən ianələr qəbul etməsi qadağandır.

Siyasi partiyalar qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları maliyyə hesabatına daxil etməli olacaqlar. Həmçinin, qanuna edilən dəyişilkliyə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi inforrnasiya vasitələrində dərc etdirməlidir.

Xəbər lenti

Xəbər lenti