Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda "Siyasi partiyalar haqqında" qanuna edilən əlavə və dəyişikliklər demokratiyanın daha da inkişafına müsbət təsir edəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay deyib.
Tarqay bildirib ki, ATƏT-in Bakı Ofisi siyasi partiyalar arasında dialoqun təşkilinə hər zaman açıqdır və tərəflərdən təklif gəldiyi halda əməkdaşlığa hazırdır.
Onun sözlərinə görə, ATƏT siyasi partiyaların iştirakı ilə "Siyasi partiyalar haqqında" qanunla bağlı müzakirələr təşkil etmək niyyətində idi. Lakin qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin komissiyasından keçdiyi üçün buna ehtiyac qalmadı.