Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı təşkilatın əhəmiyyəti vurğulanaraq, üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.
Görüşdə cari və növbəti illərdə təşkilatın qarşısında duran məqsəd və vəzifələr, habelə, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.