Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir M.Əliyev/
Ukrayna Ali Radasının sədri Vladimir Litvinin Azərbaycana səfəri başlayıb.
Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Litvini Milli Məclisin rəhbərliyi qarşılayıb.
Qeyd edək ki, səfər çərçivəsində Litvinin Azərbaycanın Baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin bir sıra deputatlarla görüşü keçiriləcək.
Ukrayna Ali Radası sədrinin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunması gözlənilir.
Səfər çərçivəsində Ali Radanın sədri Fəxri və Şəhidlər xiyabanlarını, Dövlət Bayrağı Meydanını və Taras Şevçenkonun abidəsini ziyarət edəcək.