Azərbaycan, Bakı, 20 aprel /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO Mənzil Qərargahında ISAF iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfəri çərçivəsində Türkiyə, Ukrayna, Çernoqoriya və Yeni Zelandiyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə görüşdə tərəflər ölkələrimiz arasında artan dinamik əməkdaşlıqdan məmnunluq hissini bölüşüb, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Bundan sonra hər iki nazir Türkiyə mətbuat nümayəndələri ilə görüş keçiriblər.
Yeni Zelandiyanın xarici işlər naziri Murray McCully ilə ikitərəfli görüş zamanı tərəflər iki dövlət arasında münasibətlərin inkişafı perspektivinə dair fikir mübadiləsi aparıblar. Bu xüsusda, Yeni Zelandiya naziri azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib. Görüşdə tərəflər qarşılıqlı rəsmi səfərlərin edilməsi barədə razılığa gəliblər.
Məmmədyarovun Gürcüstan, Ukrayna və Çernoqoriyadan olan həmkarları ilə görüşlərində tərəflər arasında qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.