...

Əli Əhmədov: Azərbaycanın uğurlarına, inkişafına sevinməyən xarici qüvvələr var

Siyasət Materials 22 Aprel 2012 12:37 (UTC +04:00)
Azərbaycanın uğurlarına, inkişafına sevinməyən xaici qüvvələr var. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası rayon və şəhər təşklatları sədrlərinin ümumrespublika müşavirəsində çıxışı zamanı YAP-ın Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov: Azərbaycanın uğurlarına, inkişafına sevinməyən xarici qüvvələr var

Azərbaycan, Bakı, 22 aprel Trend, müxbir M.Əliyev

Azərbaycanın uğurlarına, inkişafına sevinməyən xarici qüvvələr var. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası rayon və şəhər təşklatları sədrlərinin ümumrespublika müşavirəsində çıxışı zamanı YAP-ın Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu qüvvələrə ölkəmizin daxilində dəstək verən dairələr də mövcuddur. Əhmədov həmin qüvvələrin anti-Azərbaycan fəaliyyətinin xalqımız tərəfindən qətiyyətlə pislənildiyini diqətə çatdırıb. Məlumatı YAP-ın rəsmi saytı yayıb.

Əhmədov həmçinin deyib ki, Milli Məclis tərəfindən "Siyasi partiyalar haqqında" Qanuna edilmiş dəyişikliklərlə əlaqədar YAP-ın və onun yerli sturkturları qarşısında mühüm vəzifələr dayanır. Onun sözlərinə görə, bu vəzifələrə uyğun olaraq fəaliyyət strategiyası müəyyənləşdirlməlidir.

Əhmədov qeyd edib ki, aparılan siyasət Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib. Onun sözlərinə görə, qazanılan uğurlarda YAP və onun üzvlərinin, eləcə də yerlu strukturlarının özünəməxsus rolu var. Hər il partiyanın sıralarına 25-30 min insanın qoşulduğunu deyən Əli Əhmədov bu faktın cidd əsaslarının olduğunu deyib.

"Bu fakt ölkə vətəndaşlarının partiyamıza və partiyamızın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə verdiyi dəstəyin ifadəsidr. Bu gün YAP sıralarında 560mindən çox insan birləşib. Bu reallıqlar onu dməyə əsas verir ki, yaxın gələcəkdə partiyamızın üzvlərinin sayı 600 min nəfərə çatacaq" YAP-ın Sədr müavini deyib.

Xəbər lenti

Xəbər lenti