Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M. Əliyev/
İctimai Palatanın Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada nəzərdə tutduğu mitinqi baş tutub.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, mitinq icazəli olduğundan, aksiya zamanı hər hansı bir insident baş verməyib.
Polislər mitinqin təhlükəsiz keçirilməsi üçün tədbirlər görmüşdür.
Qeyd edək ki, mitinq saat 16:00-dan 18:00-dək keçirilib.
Bakıda müxalifətin icazəli mitinqi baş tutub
Bakıda müxalifətin icazəli mitinqi baş tutub.
