...

Azərbaycan Prezidenti Rusiyanın Kurqan vilayətinin qubernatorunu qəbul edib

Siyasət Materials 23 Aprel 2012 15:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti Rusiyanın Kurqan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən Oleq Boqomolov ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında yaxşı əməkdaşlığın qurulduğunu bildirərək, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.

Xəbər lenti

Xəbər lenti