...

ABŞ-ın keçmiş prezidentinə Azərbaycanla diplomatik münasibətlərin qurulmasına görə təşəkkür edilib

Siyasət Materials 24 Aprel 2012 10:21 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Texas ştatına səfəri zamanı keçmiş prezident böyük Corc Buşun Hyuston şəhərindəki ofisinə baş çəkib və ona Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə fəxri fərman təqdim edib.
ABŞ-ın keçmiş prezidentinə Azərbaycanla diplomatik münasibətlərin qurulmasına görə təşəkkür edilib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Texas ştatına səfəri zamanı keçmiş prezident böyük Corc Buşun Hyuston şəhərindəki ofisinə baş çəkib və ona Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə fəxri fərman təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın Vaşinqtondakı səfirliyinin məlumatında deyilir.

Diplomat habelə 2000-ci ildə ümummilli lider Heydər Əliyevlə keçmiş prezident Corc Buşun xatirə fotoşəklini də ona təqdim edib.

Öz növbəsində, Buş prezident İlham Əliyevə göstərdiyi diqqətə görə dərin minnətdarlığını bildirib və Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyətini qeyd edib, Heydər Əliyevlə görüşü zamanı onda yaranan xoş təəssüratlarını bölüşüb.

Böyük Corc Buş ABŞ-ın 41-ci prezidentidir. ABŞ administrasiyasına 1989-1993-cü illərdə rəhbərlik edib. Məhz onun prezidentliyi dövründə Azərbaycan-Amerika diplomatik münasibətləri qurulub və Bakıda ABŞ səfirliyinin açılmasına dair qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti