...

"Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr" mövzusunda seminar başlayıb

Siyasət Materials 25 Aprel 2012 13:47 (UTC +04:00)
Bakıda aprelin 25-də Azərbaycan-ABŞ iş planına əsasən, "Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr" mövzusunda seminar başlayıb.
"Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr" mövzusunda seminar başlayıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda aprelin 25-də Azərbaycan-ABŞ iş planına əsasən, "Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr" mövzusunda seminar başlayıb.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki gün davam edən seminarı giriş nitqi ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov və Marşal Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini səfir Canet Qarmey açıblar.

Seminarda Silahlı Qüvvələr üzərində demokratik nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə əsaslanan tərəfləri barədə müzakirələr aparılır. Azərbaycan, Almaniya, Böyük Britaniya, Litva, Rumuniya, Bolqarıstan dövlətlərinin, ATƏT və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin deputatları seminarda çıxışlar edərək mövzu barədə ətraflı fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti