...

Ukrayna icazə versə, Rusiya Timoşenkonu qəbul edə bilər

Siyasət Materials 3 May 2012 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Əgər Ukrayna hakimiyyəti icazə versə, Rusiya Federasiyası (RF) bu ölkənin keçmiş Baş naziri Yuliya Timoşenkonu müalicə üçün qəbul etməyə hazırdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiyanın Baş naziri Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Əgər Yuliya Vladimirovna mümkün hesab etsə, və Ukrayna hakimiyyəti, ukraynalı tərəfdaşlarımız bununla razılaşsalar, biz məmnuniyyətlə Yuliya Vladimirovna Timoşenkonu onun və Ukrayna hakimiyyəti üçün ən münasib vaxtda Rusiyanın istənilən müalicə müəssisəsində qəbul edərik", - Putin deyib.

Həbs olunanlar, o cümlədən Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun xaricdə müalicə alması Ukrayna qanunverciliyində nəzərdə tutulmayıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti RİA Novosti-yə bildirib.

"Almaniya və Rusiya mövcud məsələdə bizim üçün eynidir. Prosedur birdir", - Baş Prokurorluqdan deyiblər.

Xəbər lenti

Xəbər lenti