...

Əli Əhmədov: Azərbaycanda hər həftənin başında mitinq keçirməklə hansısa istəyə nail oluna bilməz

Siyasət Materials 10 May 2012 12:13 (UTC +04:00)
Azərbaycanda hər həftənin başında mitinq keçirməklə hər hansı bir siyasi partiya hansısa istəyinə nail ola bilməz.
Əli Əhmədov: Azərbaycanda hər həftənin başında mitinq keçirməklə hansısa istəyə nail oluna bilməz

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda hər həftənin başında mitinq keçirməklə hər hansı bir siyasi partiya hansısa istəyinə nail ola bilməz. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə İctimai Palatanın intensiv mitinq keçirməsinə münasibət bildirərkən hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"Əgər onların istəyi Azərbaycan vətəndaşlarının istəyi ilə üst-üstə düşsəydi, mitinq keçirməklə insanların dəstəyini əldə edə bilərdilər. Amma hər həftə mitinq keçirməklə onlar açıq şəkildə görürlər ki, vətəndaşlar onların mövqeyini dəstəkləmir. Hesab edirəm ki, bu, həddən artıq ucuz bir siyasi taktikadır", - Əhmədov əlavə edib.

YAP rəsmisinin sözlərinə görə, görünür ki, onlar ölkədə sabitliyin pozulmasını arzu edirlər.

"İstəyirlər nəsə xoşagəlməz hadisələr olsun ki, ondan sonra bunlar bununla bir fayda qazansınlar. Mitinq keçirmək, yaxud da sərbəst toplaşmaq Konstitusiya ilə təsbit olunmuş hüquqdur, Azərbaycanın hər bir vətəndaşı bundan faydalana bilər. Amma, hesab edirəm ki, bundan sui-istifadə etmək heç kimə başucalığı gətirmir", - Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti