...

İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verib

Siyasət Materials 11 May 2012 15:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya başsağlığı verib.
İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya başsağlığı verib.

"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti