...

Azərbaycan Fransaya nota verib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 May 2012 19:18 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın müvafiq strukturlarından icazə almadan ölkənin işğal edilmiş ərazilərinə bu yaxınlarda qanunsuz olaraq səfər edən üç fransalı deputatı "qara siyahı"ya salıb.
Azərbaycan Fransaya nota verib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 18:49-da yayılıb)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın müvafiq strukturlarından icazə almadan ölkənin işğal edilmiş ərazilərinə bu yaxınlarda qanunsuz olaraq səfər edən üç fransalı deputatı "qara siyahı"ya salıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

"Bununla əlaqədar olaraq, Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib", - Abdullayev deyib.

Onun sözlərinə görə, belə səfərlər münaqişənin nizamlanmasına xidmət etmir, əksinə, bu prosesi mürəkkəbləşdirir.

"Nota ilə yanaşı, səfirlik Fransa Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərib. Məktubda belə səfərlərin məqsədəuyğun olmadığı qeyd edilir", - o bildirib.

XİN rəsmisinin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və buna görə də belə addımlar yolverilməzdir.

"Fransalı deputatlar yenə də erməni lobbisinin qurbanı olublar", - Abdullayev əlavə edib.

Abdullayevin sözlərinə görə, nota və etiraz məktubuna cavab olaraq, Fransa Senatının rəhbəri adından Azərbaycan tərəfinə bəyan ediblər ki, səfər şəxsi xarakter daşıyıb.

Xəbər lenti

Xəbər lenti