...

Azərbaycanda avtomatlaşdırılmış məlumat-sorğu xidməti yaradılır

Siyasət Materials 27 May 2012 14:03 (UTC +04:00)
Azərbaycanın "Neyrotex" İT şirkəti avtomatlaşdırılmış məlumat-sorğu xidmətinin yaradılması üçün işlər görür.
Azərbaycanda avtomatlaşdırılmış məlumat-sorğu xidməti yaradılır

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın "Neyrotex" İT şirkəti avtomatlaşdırılmış məlumat-sorğu xidmətinin yaradılması üçün işlər görür. Bu barədə cümə günü Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev bildirib.

Onun sözlərinə görə, xidmətin avtomatlaşdırılması üçün Dilmanc nitqtanıma sistemindən istifadə olunacaq. Call-mərkəzin ümumi telefon şəbəkəsinin təşkili məqsədilə üçrəqəmli nömrənin işə salınması planlaşdırılır.

"Neyrotex" şirkətinin reallaşdırdığı layihə eksperimental xarakterlidir. Hazırda Call-mərkəzin yerləşəcəyi zəruri xidmət avadanlıqlarının alınması planlaşdırılır. Sistem sınaqdan uğurla keçib və sorğu xidmətlərinin göstərilməsi üçün tam hazırdır. Bu layihə çərçivəsində işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır", - Fətullayev deyib.

Xəbər lenti

Xəbər lenti