...

Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafına təkan verəcək

Siyasət Materials 31 May 2012 18:49 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmiryol layihəsi bütün regionun inkişafına təkan verəcək çox vacib layihədir.
Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafına təkan verəcək

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A.Tağıyeva/

Bakı-Tbilisi-Qars dəmiryol layihəsi bütün regionun inkişafına təkan verəcək çox vacib layihədir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Türkiyə Baş nazirinin müavini Bülənt Arınç Gürcüstanın Baş naziri Nika Qilauri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycan, Türkiyə və Gürcüstan bir sıra strateji layihələr reallaşdırıblar. Onlar arasında Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars layihəsini ayrıca qeyd etmək lazımdır", - Arınç deyib.

O, həmçinin vurğulayıb ki, son məlumatlara görə, Türkiyə və Gürcüstan arasında əmtəə dövriyyəsi 1,5 milyard dollar təşkil edib ki, bu da iki ölkə arasında inkişaf etmiş iqtisadi münasibətlərin göstəricisidir.

Arınçın sözlərinə görə, Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Tbilisini vacib strateji tərəfdaş hesab edir. O, Gürcüstan investorlarını Türkiyə bazarında fəal iştirak etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti