...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib

Siyasət Materials 31 May 2012 18:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Elşad Hüseyn oğlu İskəndərovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Elşad Hüseyn oğlu İskəndərovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Hidayət Xuduş oğlu Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elşad İskəndərov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi olub.

Xəbər lenti

Xəbər lenti