...

Ermənistan Azərbaycanın ölkənin korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətini qiymətləndirməsindən imtina edib

Siyasət Materials 22 İyun 2012 19:43 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti iyunun 18-22-də Vyanada keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına üzv dövlətlərin Konfransının İmplementasiya üzrə nəzarət qrupunun 3-cü sessiyasında iştirak edib.
Ermənistan Azərbaycanın ölkənin korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətini qiymətləndirməsindən imtina edib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan nümayəndə heyəti iyunun 18-22-də Vyanada keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına üzv dövlətlərin Konfransının İmplementasiya üzrə nəzarət qrupunun 3-cü sessiyasında iştirak edib.

Trend-in məlumatına görə, sessiyanın ilk günü Konvensiya üzrə fəaliyyəti qiymətləndiriləcək və həmin dövlətləri qiymətləndirəcək dövlətlər müəyyən edilib. Keçirilən püşkatmanın nəticəsində fəaliyyəti qiymətləndiriləcək ölkələrdən biri Ermənistan, onu qiymətləndirəcək dövlət qismində isə Azərbaycan müəyyən olunub.

Azərbaycan nümayəndə heyətinin Ermənistanı qiymətləndirməyə razı və hazır olduğunu bildirməsi sessiyanın sədrliyi tərəfindən konstruktivlik nümunəsi kimi təqdim olunub və nümayəndə heyətimizə təşəkkür bildirilib.

Ermənistan nümayəndə heyəti qeyri-konstruktivlik nümayiş etdirərək püşkatmanın yenidən keçirilməsini xahiş edib və əvvəlcə Monteneqro, daha sonra isə Litva qiymətləndirən ölkə seçilib. Beləliklə, bütün coğrafi qruplar üzrə keçirilən püşkün nəticələrinin dəyişdirilməsini tələb edən yeganə ölkə Ermənistan olub. Beləliklə, Ermənistan qeyri-konstruktivlik nümayiş etdirməklə qeyri-münasib durumda qalıb və tədbirin qalan hissəsində belə iştirak etməyib.

Sonda Azərbaycana Meksikanın Konvensiya üzrə fəaliyyətini qiymətləndirmək vəzifəsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti