...

Litvanın sabiq dövlət başçısı Bakıya dəvət edilib (FOTO)

Siyasət Materials 28 İyun 2012 15:05 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın sabiq Prezidenti Valdas Adamkus ilə görüşüb.
Litvanın sabiq dövlət başçısı Bakıya dəvət edilib (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın sabiq Prezidenti Valdas Adamkus ilə görüşüb.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Litva dövlətinin sabiq başçısına ünvanlanmış cari ilin oktyabrında keçiriləcək Bakı Beynəlxalq Forumuna dəvət məktubu təqdim edilib. Valdas Adamkus Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərdən bəhs edib, xoş xatirlərini bölüşərək, səmimi arzularının Azərbaycan dövlət başçısına çatdırılmasını xahiş edib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Litvanın sabiq Prezidenti Azərbaycanın həqiqətən müstəqil siyasəti olan və regionun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan nadir dünya dövlətlərindən olduğunu xüsusilə vurğulayıb. Belə bir mürəkkəb və çətin missiyanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məharətlə həyata keçirilməsindən məmnuniyyətlə bəhs edib.

Görüş zamanı Litvadakı mövcud ictimai-siyasi vəziyyət, həmçinin bölgədə və dünyada baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Valdas Adamkus aktiv siyasətdən getməsinə baxmayaraq, Litva ictimaiyyətində öz nüfuzunu hələ də qoruyub saxlayır və Litva dövlət rəhbərliyində söz sahibidir.
Adamkus yenicə nəşrdən çıxmış nəfis tərtibli "Sonuncu kadensiya" kitabını səfir Həsən Məmmədzadəyə hədiyyə edib.
Səfir, öz növbəsində, Valdas Adamkusa "Ilham: Portrait of a President" kitabını hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti