...

Hindistan polisi İsrail diplomatına qarşı sui-qəsdin təşkilində İrandan şübhələnir

Siyasət Materials 30 İyul 2012 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Nyu-Dehli polisi fevralın 13-də Hindistan paytaxtında İsrail diplomatına qarşı sui-qəsdin təşkil edilməsində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) üzvlərindən şübhələnir. Bu barədə Trend bazar ertəsi "The Times of İndia" qəzetinə istinadən məlumat verir.

Qəzetin araşdırma haqqında əldə etdiyi məruzədə deyilir ki, iranlı nüvə alimlərinə guya İsrailin xüsusi xidmət orqanlarının sui-qəsd törətməsindən sonra İİKK nümayəndələri 2011-ci ilin yanvarında hindistanlı jurnalist Seyyid Məhəmməd Əhməd Kazmi ilə Hindistan və digər ölkələrdə İsrail diplomatlarına hücum planlarını müzakirə ediblər.

Polislər onu da öyrəniblər ki, Kazımi təqribən 10 il ərzində İİKK nümayəndələri ilə əlaqə saxlayıb.

Şübhəlilər haqqında ətraflı məlumat İran tərəfinə çatdırılıb. Dehli polisi İİKK-nın beş üzvü haqqında daha ətraflı məlumat əldə etməy çalışır.

Səfirliyin qadın əməkdaşı və İsrail Müdafiə Nazirliyinin Hindistandakı nümayəndəsinin həyat yoldaşı Tel Yeşua-Koren avtomobilinə quraşdırılan bombanın partlaması nəticəsində yaralanıb. Ondan savayı, İsrail səfirliyində sürücü işləyən hindistanlı və kənardan avtomobillə keçən daha iki nəfər xəsarət alıb. Yanğın avtomobili tam bürüməmiş ətrafdakı insanlar Yeşua-Koreni və sürücünü maşından çıxarmağa nail olublar.

İran bu terror aktında əli olduğunu inkar edir.

Xəbər lenti

Xəbər lenti