...

Əhməd Davudoğlunun Kərkükə səfəri Türkiyənin təhlükəsizliyinin müdafiəsinə yönəlib

Siyasət Materials 4 Avqust 2012 09:38 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İraqın Kərkük əyalətinə səfəri Türkiyənin təhlükəsizliyinin müdafiəsinə yönəlib. Səfər İraqın mərkəzi hökumətinin narazılığına səbəb olub.
Əhməd Davudoğlunun Kərkükə səfəri Türkiyənin təhlükəsizliyinin müdafiəsinə yönəlib

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İraqın Kərkük əyalətinə səfəri Türkiyənin təhlükəsizliyinin müdafiəsinə yönəlib. Səfər İraqın mərkəzi hökumətinin narazılığına səbəb olub. Bu barədə cümə günü Trend-ə İraq Türkmanları Assosiasiyasının rəhbəri Mithat İbrahim bildirib.

"Region hazırda olduqca qeyri-sabit dövrünü yaşayır. Belə mühitdə Davudoğlunun Kərkükə səfəri ölkədə təhlükəsizliyin qorunmasına yönəlmiş addımdır", - İbrahim deyib.

Onun sözlərinə görə, İraq hökumətinin bu səfərə qarşı çıxmağa heç bir əsası yoxdur. Çünki səfər Türkiyə hökuməti və Kürd muxtariyyəti tərəfindən planlaşdırılıb və müzakirə edilib.

"Ölkənin təhlükəsizliyini təmin etmək üçün Türkiyə rəhbərliyi səfərlər edə və bu məqsədlə istənilən addımlar ata bilər. Bağdadın bu səfərlə bağlı narazılığı əsassızdır", - İbrahim qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Kürd muxtariyyətinə səfəri çərçivəsində əsasən İraq türkmanlarının yaşadığı Kərkük əyalətinə baş çəkib.

Davudoğlunun bu səfəri İraqın mərkəzi hökumətinin narazılığına səbəb olub. Belə ki, bu barədə Bağdada bildiriş təqdim edilməyib. İraq XİN bəyan edib ki, Türkiyənin bu addımı İraqın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti