...

İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 5 Sentyabr 2012 20:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın etimadnaməsini qəbul edib.
İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan, Bakı, 5 sentyabr/Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın etimadnaməsini qəbul edib.

Trend-in məlumatına görə, səfir Rafael Harpaz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Daha sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Səfir Rafael Harpaz İsrail Dövlətinin Prezidenti Şimon Peresin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu vurğulandı, münasibətlərimizin gələcək inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Şimon Peresin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrail Dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti