Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Sentyabrın 17-də müdafiə sənayesi naziri Yavər Camalov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib.
Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfiri salamlayan nazir Yavər Camalov Azərbaycan ilə İraq arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib.
Heydər Şiyə Qubeyşi Əl-Barrak səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.