...

Mahmud Məmmədquliyev: Azərbaycanla Avropa İttifaqı arasında iki sazişin imzalanması üzrə danışıqlar noyabrda davam etdiriləcək

Siyasət Materials 27 Sentyabr 2012 10:29 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında viza prosesinin sadələşdirilməsi və readmissiya haqqında sazişlə bağlı danışıqların üçüncü mərhələsi noyabr ayında Bakıda keçiriləcək.
Mahmud Məmmədquliyev: Azərbaycanla Avropa İttifaqı arasında iki sazişin imzalanması üzrə danışıqlar noyabrda davam etdiriləcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanla Avropa İttifaqı arasında viza prosesinin sadələşdirilməsi və readmissiya haqqında sazişlə bağlı danışıqların üçüncü mərhələsi noyabr ayında Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

O bildirib ki, bu iki sazişlə bağlı müzakirələr birgə aparılmalıdır.

"Əgər biz viza sadələşdirilməsinə dair sazişi hazırlayıb imzalasaq, readmissiya sazışı qalsa, ümumiyyətlə, birinci qüvvəyə minməyəcək. Çünki Avropa İttifaqının mövqeyi belədir ki, iki saziş birgə hazır olandan sonra həyata keçirilə bilər", - nazir müavini deyib.

Məmmədquliyev bildirib ki, Azərbaycanla Aİ arasında gələcəkdə yeni layihələr həyata keçirilə bilər. Azərbaycan quruma bir sıra yeni layihələr təqdim edib.

Xəbər lenti

Xəbər lenti