...

Elmar Məmmədyarov Ukraynaya yola düşüb

Siyasət Materials 10 Oktyabr 2012 11:48 (UTC +04:00)
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 10-da Ukraynaya yola düşüb.
Elmar Məmmədyarov Ukraynaya yola düşüb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 10-da Ukraynaya yola düşüb.

Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın 15 illiyi ilə əlaqədar xarici işlər nazirləri Şurasının iclasında iştirak etməkdir.

İclas Məmmədyarovun sədrliyi ilə keçiriləcəkdir. Tədbirdə Məmmədyarovun çıxışı nəzərdə tutulub. Həmçinin, səfər müddətində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti