...

Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümü Vaşinqtonda qeyd edilib (FOTO)

Siyasət Materials 22 Oktyabr 2012 09:51 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması münasibətilə Vaşinqtonda təntənəli tədbir keçirilib.
Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümü Vaşinqtonda qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması münasibətilə Vaşinqtonda təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ARDNŞ-nin ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov, Milli Məclisin deputatı Asəf Hacıyev, Azərbaycan diasporunun ABŞ-dakı çoxsaylı nümayəndələri, diplomatlar, akademik dairələrin nümayəndələri və ABŞ vətəndaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə ARDNŞ-nin Vaşinqton üzrə nümayəndəsi Rauf Məmmədov açaraq, iştirakçıları salamlayıb və bayram münasibətilə öz təbriklərini çatdırıb.

O, ARDNŞ-nin Vaşinqton nümayəndəliyinin bu yaxınlarda fəaliyyətə başladığını bildirib və nümayəndəlik tərəfindən belə tədbirlərin tez-tez təşkil olunacağını qeyd edib.

Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bayram münasibətilə öz təbirklərini çatdırıb və tədbirin təşkilinə görə ARDNŞ-yə öz təşəkkürünü bildirib.

Səfir Azərbaycanın müstəqilliyini bərpa olunmasından keçən 21 il ərzində qazandığı ciddi nailiyyətlərdən bəhs edib, dövlət müstəqilliyinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan mətbəxinin təamları dadılıb. Səsləndirilən Azərbaycan musiqisi tədbirə xüsusi rəng qatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti