...

Türkiyə XİN: Suriya hökuməti silahlanmış dəstəyə bənzəyir

Siyasət Materials 2 Dekabr 2012 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr / Trend /

Suriya hökuməti silahlanmış dəstəyə bənzəyir. Trend-in məlumatına görə, Associated Press bildirir ki, bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda ərəb ölkələrindən olan həmkarları ilə görüş zamanı deyib.

Davudoğlu qeyd edib ki, Suriya prezidenti Bəşər Əsəd və onun yaxınları hakimiyyətdə qalmaq naminə zorakılığa əl atırlar.

"Suriyadakı rejim tək ölkədə yaşayan dinc əhaliyə deyil, bütövlükdə bölgədə sülhə və sabitliyə təhdid yaradır", - Davudoğlu deyib.

Görüşdə Türkiyə və ərəb dövlətləri xarici işlər nazirləri Fələstinə BMT-də müşahidəçi statusu alması ilə bağlı dəstək bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti