...

Səfir: Pakistan Azərbaycan ilə hərbi sənayə sahəsində birgə layihələr həyata keçirməyə hazırdır

Siyasət Materials 5 Dekabr 2012 10:52 (UTC +04:00)
Pakistan Azərbaycanla hərbi sənaye sahəsində birgə layihələr həyata keçirməyə hazırdır.
Səfir: Pakistan Azərbaycan ilə hərbi sənayə sahəsində birgə layihələr həyata keçirməyə hazırdır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

Pakistan Azərbaycanla hərbi sənaye sahəsində birgə layihələr həyata keçirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakar deyib.

"Hazırda Pakistanla Azərbaycan arasında hərbi sənaye sahəsində birgə layihə həyata keçirilmir, lakin Pakistan hər zaman belə bir təşəbbüsə açıqdır", - səfir bildirib.

Pakistanın müxtəlif hərbi texnikalar istehsal etdiyini deyən Kakar ölkəsinin bu texnikaları Azərbaycana tədarük etməyə hazır olduğunu vurğulayıb.

"Pakistanın hərbi istehsal və hərbi sənaye sahəsində geniş potensialı var və biz bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazırıq", - diplomat qeyd edib.

Qeyd edək ki, Azərbaycan ilə Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti