...

2013-cü ildə Azərbaycan və Gürcüstan sərhədinin delimitasiyası məsələsində konkret addımlar gözlənilir

Siyasət Materials 6 Dekabr 2012 15:56 (UTC +04:00)
2013-cü ildə biz Azərbaycan və Gürcüstan arasında sərhədin qalan sahələrinin uyğunlaşdırılması işində konkret, əhəmiyyətli addımlar atacağıq.
2013-cü ildə Azərbaycan və Gürcüstan sərhədinin delimitasiyası məsələsində konkret addımlar gözlənilir

Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Bədəlova/

2013-cü ildə biz Azərbaycan və Gürcüstan arasında sərhədin qalan sahələrinin uyğunlaşdırılması işində konkret, əhəmiyyətli addımlar atacağıq. Bunu İstanbulda Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

"Gürcüstanla sərhədin delimitasiyası məsələsi bizim ikitərəfli münasibətlərimizdə əhəmiyyətli yer tutur, delimitasiya üzrə dövlətlərarası komissiya fəaliyyət göstərir və hər iki tərəfdən bu komissiyaya XİN rəhbərinin müavini başçılıq edir", - nazir müavini bildirib.

Onun sözlərinə görə, daimi görüşlər, məsləhətləşmələr keçirilir, ekspertlər yerlərdə, sərhəddə görüşürlər və konkret sahə haqqında müzakirələr aparırlar.

"Biz Gürcüstanla işimizi mehriban və dost münasibətlər ruhunda davam etdirəcəyik", - Xələfov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti