Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, Azərbaycanda işlənilən yataqlar, o cümlədən "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulandı, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir.