...

Ilham Əliyev Fələstin prezidentini təbrik edib

Siyasət Materials 30 Dekabr 2012 19:31 (UTC +04:00)
Azərbaycan Prezidenti Ilham Əliyev Fələstin prezidenti Mahmud Abbasa bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Ilham Əliyev Fələstin prezidentini təbrik edib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycan Prezidenti Ilham Əliyev Fələstin prezidenti Mahmud Abbasa bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

"Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında münasibətlər xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - məktubda deyilir.

Dövlət başçısı Mahmud Abbasa ən xoş arzularını yetirib, qardaş Fələstin xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti