Azərbaycan, Bakı, 9 yanvar / Trend, müxbir A.Tağıyeva /
Suriya hakimiyyəti bu gün ölkədə nümayişlər zamanı həbs edilmiş 2100 mülki dustağı azad edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Anadolu agentliyi xəbər yayıb.
Məhbuslar arasında Türkiyə vətəndaşları da var.
Xəbər verilir ki, Suriya hakimiyyəti bütün məhbusları bundan əvvəl Suriyanın müxalifət qüvvələri tərəfindən saxlanılan 48 İran vətəndaşı ilə mübadilə edəcək.
Məhbusların mübadiləsi Qətərin və Türkiyənin vasitəçiliyi ilə keçiriləcək.