Fransa, Strasburq, 21 yanvar /Trend, müxbir A.Məhərrəmli/
Jan-Klod Minyon Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan plenar iclasında yenidən qurumun sədri seçilib.
Trend-in məlumatına görə, o, növbəti bir il ərzində AŞ PA-ya sədrlik edəcək.
Qeyd edək ki, AŞ PA sədrliyinə digər namizədlər olmadığına görə, Minyonun seçilməsi formal xarakter daşıyıb.