...

Mustafa Kabakçı: Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasından söhbət gedə bilməz

Siyasət Materials 22 Yanvar 2013 14:49 (UTC +04:00)
Nə qədər ki, Ermənistan Azərbaycan topraqlarının işğalını davam etdirir, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasından söhbət gedə bilməz.
Mustafa Kabakçı: Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasından söhbət gedə bilməz

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A.Tağıyeva/

Nə qədər ki, Ermənistan Azərbaycan topraqlarının işğalını davam etdirir, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasından söhbət gedə bilməz. Bu barədə çərşənbə axşamı Trend-ə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından deputatı Mustafa Kabakçı bildirib.

"Ermənistanla münasibətlərin yaxşılaşdırılması məsələsində Türkiyənin mövqeyi aydındır: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, Ankara öz mövqeyini dəyişməyəcək", - Kabakçı deyib.

Deputat qeyd edib ki, Ermənistan Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi zorakılığı etiraf etməli, dünya birliyi qarşısında törətdiyi cinayətlərə görə cavab verməlidir və yalnız bundan sonra Türkiyə ilə hansısa münasibətlərin qurulmasından danışmaq mümkündür.

Qeyd edək ki, bazar ertəsi Ermənistan prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinə dair məsələnin ölkə parlamentinin gündəliyindən çıxarılması ehtimalını istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti