Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əli Cavad oğlu Əhmədov "Şöhrət" ordeni ilə təltif edilsin.