...

Aleksandr Mişenko: Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Fevral 2013 11:52 (UTC +04:00)
Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmık fikrindədir.
Aleksandr Mişenko: Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir S.Ağayeva/

Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ikitərəfli münasibətlərin qurulmasının 21-ci ildönümü ilə əlaqədar çərşənbə günü keçirilən brifinqdə bəyan edib.

"Bu gün iki ölkə arsında 125 sənəd imzalanıb, dövlət qurumları arasında ikitərəfli əməkdaşlığa dair daha beş sənəd baxılma mərhələsindədir", - Mişenko deyib.

Onun sözlərinə görə, ötən il mal dövriyyəsinin həcmi 900 milyon dollardan artıq təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə onun artımından xəbər verir.

Səfir əlavə edib ki, yaxın vaxtlarda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Mişenkonun sözlərinə görə, Ukrayna şirkətləri 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının hazırlanması çərçivəsində layihələrdə iştirak etməyi planlaşdırır. İştirak məsələsinə hökumətlərarası komissiyanın növbəti iclasında baxılacaq.

Habelə, diplomatın sözlərinə görə, bir sıra ikitərəfli səfərlər planlaşdırılır.

"Ukrayna XİN-in rəhbəri, ATƏT-in hazırkı sədri Leonid Kojaranın ilin birinci yarısında Azərbaycana səfərinə hazırlıq gedir", - Mişenko deyib.

Səfirin sözlərinə görə, planlaşdırıldığı kimi, bu il Kiyevdə Azərbaycan və Ukrayna Prezidentləri Şurasının iclası keçiriləcək.

Səfir bildirib ki, bu məsələyə iki ölkənin dövlət başçıları administrasiyasında baxılır. Bu toplantı iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasından əvvəl olacaq.

Mişenko qeyd edib ki, energetika sahəsi Ukrayna və Azərbaycan arasında əməkdaşlıqda prioritetlərdən biri olaraq qalır.

"Enerji əməkdaşlığı haqqında sazişin yeni layihəsi baxılma mərhələsindədir", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti