Azərbaycan, Bakı, 19 fevral /Trend/
Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın tərəfdarları çərşənbə günü növbəti etiraz aksiyası keçirəcəklər. Bu barədə Trend Ermənistan KİV-lərinə istinadən xəbər verir.
Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın tərəfdarları fevralın 19-u axşam saatlarında Mərkəzi Seçki Komitəsinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları seçki nəticələrinin kütləvi saxtalaşdırmasına etiraz ediblər. Etirazçılar "Raffi - prezident, Serj - get" şüarı səsləndiriblər.
Aksiyanın sonunda "İrs" partiyasının idarə heyətinin üzvü Stepan Safaryan aksiya iştirakçılarını çərşənbə günü İrəvanın Azadlıq meydanında toplaşmağa çağırıb.
Ermənistan prezidentliyinə namizədin tərəfdarları növbəti etiraz aksiyası keçirəcəklər
Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın tərəfdarları çərşənbə günü növbəti etiraz aksiyası keçirəcəklər. Bu barədə Trend Ermənistan KİV-lərinə istinadən xəbər verir.
