...

Pakistanın Azərbaycandakı səfiri diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul təşkil edib

Siyasət Materials 8 Mart 2013 11:11 (UTC +04:00)
Pakistanın Azərbaycandakı və eyni zamanda Gürcüstandakı səfiri İnayatullah Kakarın diplomatik missiyasının başa çatması ilə əlaqədarqəbul təşkil edib.
Pakistanın Azərbaycandakı səfiri diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul təşkil edib

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir M.Əliyev/

Pakistanın Azərbaycandakı və eyni zamanda Gürcüstandakı səfiri İnayatullah Kakarın diplomatik missiyasının başa çatması ilə əlaqədarqəbul təşkil edib.

Trend-in məlumatına görə, səfir çıxışında bildirib ki, Azərbaycanda çalışdığı müddətdə Pakistana qarşı isti münasibəti və səmimiyyəti tək Azərbaycan hökumətindən deyil, həm də insanlarından da görüb.

O qeyd edib ki, Azərbaycan xalqını Pakistan xalqına sevgisi və dostluğu çox aşkardır.

"Sərhədlərimiz yaxın olmaya bilər, ancaq ürəklərimiz birdir. Buna görə də mənim Azərbaycana və onun xalqına xüsusi rəğbətim var. Bakını ikinci evim hesab edirəm", - o deyib.

Səfir həmçinin deyib ki, Pakistan və Azərbaycan lap əvvəldən yaxşı münasibətlərə malik olub, ənənəvi dostluq hər iki xalqın ürəyində kök salıb, iki ölkə arasında mövcud qarşılıqlı faydalı əlaqələr olub.

Kakar əlavə edib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi əlaqələrin genişlənməsinə kömək edib.

Çıxışının sonunda diplomat Azərbaycan hökumətinə və xalqına, Xarici İşlər Nazirliyinə, həmçinin ikitərəfli münasibətlərinə öz töhfəsini verən Azərbaycan mediasına öz təşəkkürlərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti