Azərbaycan, Bakı, 12 mart /Trend/
Folklend adasının sakinləri referendum keçiriblər. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, referendumun nəticələrinə görə, folklendlilər Böyük Britaniyanın ərazisi kimi qalmağa üstünlük veriblər.
Səsvermə iki gün davam edib. Referendumda 1517 nəfər iştirak edib, onlardan 1513 nəfəri (99 faizi) Böyük Britaniyanın ərazisi kimi qalmağa səs verib. Referendumda ümumi iştirakçılıq səviyyəsi isə 91 faiz olub.
Qeyd edək ki, siyasi müşahidəçilərin sözlərinə görə, arxipelaqın gələcəyilə bağlı keçiriləcək referendum heç bir əhəmiyyətə malik olmayacaq. Bu, yalnız Böyük Britaniya ilə Argentina arasında münasibətləri gərginləşdirəcək. Vəziyyətin bu qədər ciddiləşməsi isə arxipelaqın şelfində neft və qaz yataqlarının tapılmasıdır.