...

Politoloq: Azərbaycan Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində mövqeyinin ermənipərəst istiqamətə dəyişməsinə dözməməlidir

Siyasət Materials 27 Mart 2013 14:11 (UTC +04:00)
Azərbaycan Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində mövqeyinin ermənipərəst istiqamətə dəyişməsinə dözməməlidir. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
Politoloq: Azərbaycan Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində mövqeyinin ermənipərəst istiqamətə dəyişməsinə dözməməlidir

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində mövqeyinin ermənipərəst istiqamətə dəyişməsinə dözməməlidir. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ermənistanda biabırçı şəkildə keçirilmiş prezident seçkilərinə müsbət qiymət verən Aİ indidən güman edir ki, Azərbaycandakı prezident seçkiləri neqativ keçəcək və bu ssenariyə hazırlaşır.

"Digər tərəfdən Aİ Ermənistan üçün donor konfransı təşkil edir. Prezident seçkilərini demokratik keçirmək və Dağlıq Qarabağ münaqişəsinin həllində uğur əldə etmək donor konfransı keçirmək üçün Aİ-nin Ermənistan qarşısında əvvəlki şərtləri idi. İndi Aİ Ermənistanda prezident seçkisindəki biabırçı qanun pozuntularını nəzərə almır və eləcə də belə hesab edir ki, Ermənistan DQ tənzimlənməsində mövqeyini dəyişib. Ona görə donor konfransının təşkilinə hazırlaşmağa başlayıb", - politoloq deyib.

Əhmədoğlunun sözlərinə görə, bütün bu deyilənlərdən Aİ-nin Azərbaycanla bağlı əcaib mövqeyi yaranır. "Azərbaycan Aİ-ə neft-qaz ixracatını artırır. Azərbaycanın Aİ istiqamətində artırdığı neft-qaz satışından gələn pulun çoxluğu Azərbaycanda müəyyən qruplar tərəfindən narazılıqla qarşılanır. Həmin qruplar belə güman edirlər ki, Azərbaycan rəhbərliyi əldə etdiyi pulu özü mənimsəyir və korrupsiya güclənir. Avropa İttifaqı Azərbaycandakı həmin qrupları dəstəkləyir", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Azərbaycanın Avropaya neft-qaz satıb çox pul qazanmasından Ermənistan da narazıdır. Aİ həmin Ermənistanı da dəstəkləyir.

"Deməli, Azərbaycan Avropaya neft-qaz nəqlini azaltsa, həm Azərbaycanın daxilindəki narazılar, həm də Ermənistan sakitləşəcəkdir. O baxımdan, Azərbaycanın Avropa istiqamətindəki enerji layihələrinə yenidən baxmağı daxili sabitlik üçün zəruri faktora çevrilir", - Əhmədoğlu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti