...

Mübariz Əhmədoğlu: Rusiya Ermənistanın ikibaşlı oyunlarının qarşısını almaq niyyətindədir

Siyasət Materials 27 Mart 2013 14:29 (UTC +04:00)
Rusiya Ermənistanın ikibaşlı oyunlarının qarşısını almaq niyyətindədir. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
Mübariz Əhmədoğlu: Rusiya Ermənistanın ikibaşlı oyunlarının qarşısını almaq niyyətindədir

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

Rusiya Ermənistanın ikibaşlı oyunlarının qarşısını almaq niyyətindədir. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, prezident seçkilərindən dərhal sonra Ermənistan prezidenti Serj Sərkisyanın Moskva ilə Brüsselə eyni vaxtda səfər etməsi Moskvanın xoşuna gəlməyib.

Əhmədoğlunun sözlərinə görə, Sərkisyanın mətbuat konfransı zamanı səsləndirdiyi bəyanatlardan bəlli olur ki, Ermənistandakı inauqurasiya mərasimi ilə təxminən eyni vaxtda Ermənistan Avrasiya İqtisadi Komissiyasına qoşulmaqla bağlı sənədləri imzalayacaq.

"Avrasiya İqtisadi Komissiyası Rusiya üçün Gömrük İttifaqından da üstün qurumdur. Çünki Rusiyanın MDB məkanında reallaşdırdığı inteqrativ layihələr içində yalnız bu qurum dövlətüstü qurumdur. Avrasiya İqtisadi Komissiyasını Gömrük İttifaqının üzvləri olan Rusiya, Belarus və Qazaxıstan təsis ediblər. Beləliklə, birincisi, Ermənistan Avroasiya İqtisadi Komissiyasının tabeçiliyinə keçən ilk dövlət olacaq. İkincisi, Ermənistanda Rusiyanın hərbi bazasının xeyli aktivləşməsi fonunda Rusiya Müdafiə Nazirliyinin həmin baza ilə əlaqələri xeyli intensivləşib", - politoloq deyib.

Onun sözlərinə görə, əsas məqsəd Qərbin Ermənistanın Avropaya inteqrasiya siyasətinin hərbi təminatını neytrallaşdırmaqdır. Gürcüstanda ABŞ-ın 400 dəniz piyadasının təlimə başlamasını Ermənistan üzərində Rusiya-Qərb qarşıdurmasının kəskinləşməsi kimi də başa düşmək olar.

Politoloq hesab edir ki, Ermənistanın daxilində ehtimali olan ABŞ-ın hərb qüvvələrini və Gürcüstandakı təlim keçən dəniz piyadalarını neytrallaşdırmaq Rusiya hərbçilərinin qarşısında duran ən vacib məsələdir. Üçüncüsü, Rusiyadakı ermənilər Ermənistana axışırlar.

"Rusiyadakı ermənilərdən Ermənistanla əlaqəli münasibətlərdə istifadə olunmasını Rusiya prezidenti Vladimir Putin Moskvada Sərkisyanla görüşdə səsləndirmişdi. Rusiyadakı ermənilərin bir qrupu artıq Yerevandadır. Onlar meydanı Raffi Ovansiyandan alıb, Rusiyapərəst siyasətçilərdən birinə, çox böyük ehtimalla "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çarukyana təhvil verəcəklər. Dördüncüsü, Rusiya baş nazir də daxil olmaqla Ermənistan hökumətinin tərkibinin böyük hissəsini öz adamlarının xeyrinə dəyişmək niyyətindədir", - politoloq deyib.

O hesab edir ki, Rusiya bunları etməyə məcburdur. Çünki Dağlıq Qarabağ tənzimləməsində tutduğu mövqeyi ilə əvvəlki prezident Dmitri Medvedevin imicinə ciddi zərbə vuran Sərkisyan indi Putinin imici ilə oynamağa başlayıb.

Onun fikrincə, Ermənistan Rusiyanın Qafqaz siyasətini kifayət qədər ciddi təhlükə qarşısında qoyub.

"Gürcüstanla Rusiyanın arasındakı gərginliyin müəllifi də ermənilərdir. O cümlədən, ermənilər Azərbaycanla Rusiyanın münasibətlərinin korlanması istiqamətində daim fəaliyyətdədirlər. Bəzi məlumatlara görə, onlar Rusiyadakı azərbaycanlıları sıxışdırılmağa başlamışlar. Ermənilərin maraqlarına uyğun reallaşdırılan bu siyasətdə əsas məqsəd Rusiyanı həm Azərbaycanın, həm də Rusiyadakı azərbaycanlıların gözündən salmaqdır", - politoloq deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti