...

Nobel mükafatı alan ilk azərbaycanlı Bakıya gəlir

Siyasət Materials 15 Aprel 2013 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi, Nobel Sülh mükafatı almış Şirin İbadi mayın 6-8-də keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Şirin İbadi Bakı neftinin kapitalı əsasında yaradılmış Nobel mükafatı alan ilk azərbaycanlıdır.

Şirin İbadiyə Nobel Sülh mükafatı 2003-cü ildə demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə Bakıda təşkil edəcəyi Cənubi Qafqaz Forumunda 200-dən artıq nüfuzlu elm adamları, strateqlər, eləcə də dünyanın 50-dən çox ölkəsindən 30-dan çox sabiq ölkə və hökumət rəhbəri, iştirak edəcək.

Forumun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti