...

Hafiz Hacıyevin prezidentliyə namizədliyi partiyanın Siyasi Şurası tərəfindən təsdiqlənib

Siyasət Materials 16 Aprel 2013 13:27 (UTC +04:00)
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliə namizədliyi partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında təsdiq olunub.
Hafiz Hacıyevin prezidentliyə namizədliyi partiyanın Siyasi Şurası tərəfindən təsdiqlənib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında təsdiq olunub.

Trend-in məlumatına görə, Hacıyev prezident seçkilərində iştirak edəcəyini qəti bəyan edib.

İclasda, həmçinin Şiyasi Şuranın mayın axırında keçirilməsi qərara alınıb.

Hacıyevin sözlərinə görə, mayda keçiriləcək geniş iclasda bir sıra təşkilati məsələlər, o cümlədən vəkillərin siyahısının, yerlərdəki nümayəndələrin, seçki dairəsində partiya adından iştirak edəcək nümayəndələrin müəyyən edilməsi və digər məsələlər müzakirə edlərək həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti