...

Gürcüstan Prezidenti Bakıya gəlir

Siyasət Materials 18 Aprel 2013 10:51 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.
Gürcüstan Prezidenti Bakıya gəlir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Gürcüstan Prezidenti mayın 6-8-də Bakıda səfərdə olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda ölkələrin sabiq Prezident və Baş nazirləri ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərləri də iştirak edəcəklər. Beynəlxalq foruma 200-dən artıq nüfuzlu elm, mədəniyyət xadimi, strateqlər də dəvətlidir.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti