...

İlham Əliyev bp Şirkətinin prezidentini qəbul edib

Siyasət Materials 2 May 2013 15:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də bp Şirkətinin prezidenti Robert Dadlini qəbul etmişdir.
İlham Əliyev bp Şirkətinin prezidentini qəbul edib

Azərbaycan, Bakı, 2 may /Trend /

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də bp Şirkətinin prezidenti Robert Dadlini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə bp Şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığımızın strateji xarakter daşımasından məmnunluq ifadə edilib. bp Şirkətinin prezidenti Robert Dadli "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Söhbət zamanı "Şahdəniz" yatağında işlərin uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti